Ankara müstəqil kürd dövlətinin yaradılmasının əleyhinədir Dünya

Ankara müstəqil kürd dövlətinin yaradılmasının əleyhinədir

Ankara Suriya ərazisində müstəqil kürd dövlətinin yaradılmasının əleyhinədir. Bbunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş "CNN Türk" telekanalına bildirib.
Onun sözlərinə görə, hazırkı şərtlər bunu qeyri-mümkün edir.
Türkiyənin bəzi kütləvi informasiya vasitələri yazır ki, Suriyanın Kobani şəhərində və digər şəhərlərdə "İslam Dövləti" yaraqlıları məhv edildikdən sonra Suriyanın şimalında müstəqil kürd dövləti yaradılacaq.
Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmaları ilə "İslam Dövləti" yaraqlıları arasında döyüşlər gedir. Şəhər qismən bu terrorçu təşkilatın yaraqlılarının nəzarəti altındadır.
Bildirilir ki, Kobanidən Türkiyə ərazisinə 150 mindən artıq qaçqın keçib.