Kerri Rusiyaya gedəcək Dünya

Kerri Rusiyaya gedəcək

ABŞ dövlət katibinin növbəti ay Rusiyaya səfər edəcəyi bildirilir.
məlumatına görə, rusiyalı diplomatlar ABŞ-ın Dövlət Katibi Con Kerrinin Moskvaya səfər edəcəyi ehtimalını müzakirə etməyə başlayıblar. Bu haqda Vaşinqtondakı diplomatik mənbələrdən biri yazıb.
"Əgər gözlənilən səfər baş tutacaqsa, bu, Amerika tərəfinin xahişi ilə həyata keçiriləcək", - deyə mənbə qeyd edib.
Səfərin bu ilin 4-5 fevral tarixlərində planlaşdırıldığı bildirilir.
Görüşün əsas mövzularından birinin isə Ukraynadakı vəziyyətin müzakirəsi olacağı güman edilir.