Düşmən ordusunda kütləvi istefa Dünya

Düşmən ordusunda kütləvi istefa

Ermənistanın son günlər cəbhədə verdiyi ağır itkilər ordu rəhbərliyində kütləvi istefalarla nəticələnib.
Ermənistan Hərbi İnstitunun rəhbəri, general-leytenant Martin Karapetyanın postundan istefa verdiyi deyilir. Erməni KİV-lər istefanın Ali Hərbi məktəbin kursantı Aykaz Barseqyanın əvvəlcə döyülərək öldürülməsi, sonradan isə asılması ilə bağlı olduğunu desələr də, əslində bu addımın ordudakı son itkilərlə bağlı ya.andığını yazanlar da var. Ermənistanın işğalçı rejimi cəbhədə itkilərdən şoka düşərək təcili addım atmağa məcbur olub. Ermənistanın zabit hazırlayan ali məktəbinin rəhbərliyini dəyişməklə Sarkisyan erməni zabitlərinin peşəkarlığını artıracağını güman edir. Bu addım kursantın intiharı ilə əlaqələndirilməyə çalışılsa da, Ermənistanda əslində məsələnin başqa olduğunu dərk edənlər də var. Qeyd edək ki, istefaya gedən tək general-leytenant Martin Karapetyan deyil. Ali Hərbi məktəbin bütün rəhbər heyəti bir nəfər kimi Ohanyan tərəfindən vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, cəbhədə son olaraq ermənilər ağır itki veriblər. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.