“Bizim üçün müəyyənləşdirilən silah kvotası...” Dünya

“Bizim üçün müəyyənləşdirilən  silah  kvotası...”

Qabil Hüseynli: "Ermənistana ayrılan silah kvotasından 3 dəfə artıqdır"

"Avropada adi silahların və silahlı qüvvələrin saxlanılmasına dair cinah sazişinə uyğun olaraq kiçik dövlətlərə silahlı qüvvələrinin ayrı-ayrı növlərinə görə silah kvotası müəyyənləşdirilib. Bu kvotanı ilk növbədə pozan ölkə məhz Ermənistandır". Bu sözləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, hələ Boris Yeltsinin dövründə Rusiya Ermənistana 1 milyard dollarlıq silah yardımı edib: "Ümumiyyətlə Rusiya Ermənistana hər zaman təmənnasız olaraq silah yardımı edib. Hazırda Ermənistan ərazisində də Rusiyanın mexanikləşdirilmiş diviziyası yerləşdirilib. Bu diviziyaya tank qoşunları, iki qırıcı və bir bombardumaçı təyyarə eskardiliyası və on min canlı qüvvə daxildir. Ermənistanın öz silahlı qüvvələrini də bu sıraya daxil etsək tam şəkildə deyə bilərik ki, Avropada adi silahların və silahlı qüvvələrin saxlanılmasına dair cinah sazişini pozan ölkə məhz Ermənistandır. Azərbaycan isə öz ordusunu yenidən qurmağa başlayıb. Onu da qeyd etmək lazımdır ki, bizim üçün müəyyənləşdirilən silah kvotası Ermənistana ayrılan silah kvotasından 3 dəfə artıqdır. Biz həmin kvota həddini aşmamışıq. Əgər həmin həddə çatsaq, Ermənistan yox, ilk növbədə ATƏT həmin sazişə uyğun olaraq Azərbaycana xəbərdarlıq edər".

Əli