Putin Çinə silah satır Dünya

Putin Çinə silah satır

Çin hava hücumundan müdafiə sistemini möhkəmləndirmək üçün Rusiyadan "Triumf" adlı "S-400" zenit raketlərinin alınmasına dair müqavilə imzalayıb.
Bu barədə "Rosoboroneksport" müəssisəsinin baş direktoru Anatoli İsaykin bildirib.
O, müqavilənin detallarını açmaq istəmədiyini söyləyib: "Həqiqətən Pekin 2014-cü ilin sentyabrında dörd ədəd "S-400"-ün alınması barədə müqavilə bağladı. Çin həqiqətən Rusiyanın yeni hava hücumundan müdafiə sisteminin ilki alıcısı oldu. Bu, bizim münasibətlərimizin strateji səviyyəsinə uyğundur. Çox ölkələr "S-400"-ü əldə etmək istəyir. Biz istehsalın genişləndirilməsini istəyirik. Nəzərə alaq ki, bu sistemi dərhal bir neçə ölkəyə vermək çətindir. Bu planda Çin birinci qaranquş oldu."
A.İsaykin "Rusiya müəssisələri Koreya Xalq Respublikası müəssisələri ilə kooperasiyaya daxil olmaqdan qorxmurmu" sualına cavabında vurğulayıb ki, Rusiya tərəfi Koreya Xalq Respublikasının xeyrinə yox, öz maraqlarına işləyir.
Xatırladaq ki, "Triumf" "S-400" çoxkanallı zenit-raket sistemidir və bir saniyədə 4800 metrə qədər maksimal surətlə təyyarələri, vertolyotlari, pilotsuz uçucu aparatlarını, qanadlı raketləri və taktik ballistik raketlər daxil olmaqla hava hücumunun bütün mövcud vasitələrini vurmaq gücündədir. "S-400" raketləri 2007-ci ilin aprelində hərbi silah siyahısına qaxil edilib. İndi Rusiyada doqquz zenit-raket alayı mövcuddur.