Ermənistanda qiyam yetişir Dünya

Ermənistanda qiyam yetişir

Erməni mətbuatı həyacan təbili çalır

Cavid

Ermənistanda xeyli vaxtdır 24 aprel qondarma soyqırım kampaniyası ilə bağlı "dondurulmuş" daxili siyasət həyatı indi yerindən oyanmağa başlayır. Eyni zamanda köhnə kadrlarla yeniləri arasında uzun müddətdir hökm sürən intriqalar baş qaldırır. Bu barədə İrəvanda çıxan "İrates de facto" qəzeti yazıb.
"Ermənistanın hakim partiyasında qiyam yetişir" başlıqlı yazıda bildirilir: "Müxalifət düşərgəsində siyasi proseslərdə mövcudluq göstərəcək kimsə qalmadı, demək olar, heç kim yoxdur. Hakimiyyət düşərgəsində isə hər şey yerini dəyişdi. Ermənistanı idarə edən Respublika Partiyasında insanlar bir-birini pis anlamağa başladılar. Narazılığın yeni dalğası qalxır, ancaq "qiyamçılar" hələlik susurlar". Onlara öz fikirlərini ifadə etmək və onu lazımlı yerdə xatırlatmaq üçün yalnız səbəb lazımlıdır".
Məqalədə xüsusi vurğulanır ki, ölkədə ictimai, siyasi və iqtisadi vəziyyət, indiki şəraitdə həyata keçirilən yanlış idarəetmə "daxili müxalifətə" keçmiş respublikaçıların əsas "hədəfidir". Onların müşahidələrinə görə, indi ölkədə iqtisadi vəziyyət daha da pisdir. Bunu dünyada baş verən böhranla əlaqələndirənlər yanılırlar. Kim Respublikaçılar Partiyasına şikayət edir, onları yalandan inandırırlar ki, bütün bunları anlayırlar və ölkənin ali rəhbərliyi yaxın vaxtlarda öz siyasətində dəyişikliklərə əl atacaq. Ancaq yaxın zamanlarda siyasi planda kadr dəyişikliyinin və iqtisadi islahatların reallaşdırılması mümkün görünmür.
Beləliklə, ölkədə prezident Serj Sarkisyana qarşı intriqalar böyüyür, narazılığın yeni dalğası qalxır. Onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasına isə qurd düşüb. Təbii ki, bütün rejimlər həmişə daxildən çat verər və ağacı içindən qurd yeyər.
Bu arada Qafqaz İnstitutu adlı hansısa qurumun direktoru kimi təqdim edilən hansısa Aleksandr İskandaryanın "Sputnik Armenii" radiosunun efirində səsləndirdiyi bəyanatından bu nəticəyə gəlmək olur ki, Ermənistan artıq inhisarın və korrupsiyanın çaynağında boğulur.
"Erməni dövlətinin qorxusundan türklər gecələr yata bilmirlər". "Türklər ermənilərdən qorxurlar. Bunu sosial sorğular göstərir. Onlar Ermənistanı Türkiyəni təhdid edən böyük dövlət sayırlar", - deyə psevdo alim vurğulayır.
Ondan başlayaq ki, türklər çoxəsrlik tarixlərində heç zaman heç nədən qorxmayıblar. Elə bu günlərdə Qallipoli döyüşünün yüz illiyi bayram edilirdi, bu döyüş daha çox türk silahının Çanaqqalada qələbəsi kimi tanınır. İkincisi də, bu sorğunu kimin və nə zaman apardığını heç kim bilmir. İş bunda da deyil. İskandaryanın dedikləri bütün sözləri daxili idiotlara hesablanmış ağ yalandır.
Yəqin bu "xadim" də istəyib ki, cəmi 4 prezidentin və porno ulduz Kim Kardaşyanın gəldiyi 24 aprel ümumierməni məzhəkəsinin önəmini artırsın.
Uydurma matəmin yüz illiyinin keçirilməsinə xərclənən böyük pullara və aparılan böyük təbliğat işlərinə baxmayaraq, yalançı "erməni soyqırımı"nı BMT-yə daxil olan dövlətlərin yalnız 20%-i tanıyıb.
İskandaryanla, demək olar ki, eyni vaxtda Ermənistan parlamentində deputat Levon Zurabyan çıxış edib. O deyib ki, təntənəli mərasimlərdən sonra Ermənistan öz adi boz günlərinə qayıdıb. Deputatın sözlərinə görə, təmtəraqlı tədbirlərdən sonra ölkədə heç nə dəyişməyib. Ermənistan, demək olar ki, inhisarın və korrupsiyanın çaynağında boğulur. Ölkə vətəndaşlarının mühacirəti gündən günə artır, yoxsulluq insanları bütün tərəflərindən girdabına alır. Üstəgəl, ölkədə, demək olar ki, qanunlar işləmir. Levon Zurabyan deyib ki, təkcə dünyasını dəyişənləri anmaqla iş bitmir, hazırda yaşayanları da yada salmaq lazımdır.
Amma, görünür, bu, özünü institut direktoru kimi təqdim edən İskandaryanı narahat etmir. O, yalnız türklərin ermən dövlətindən qorxub-qorxmamasından narahatdır.
Özünüzə gəlir, türklər heç zaman heç nədən qorxmayıblar. Bunu dəfələrlə əməli işlə sübut ediblər.