“Dialoq sülh prosesinə müsbət təsir göstərəcək”
24 Noyabr 23:45
24 Noyabr 23:45
24 Noyabr 23:38
24 Noyabr 23:37
24 Noyabr 23:36
21 Fevral 2024 16:07
2 415
İtaliya Respublikasının “Leonardo” şirkətinin sədri Stefano Pontekorvo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Leonardo” şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Sizin zəngin təcrübəniz və peşəkar bacarıqlarınız sayəsində əminəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Zati-alinizə yeni prezidentlik dönəmində davamlı uğurlar və firavanlıq arzulayıram. “Leonardo” şirkəti ölkənizlə davamlı əlaqələrə görə böyük qürur hissi keçirir və əmin olun ki, əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Sizinlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
24 Noyabr 17:56
1 036
24 Noyabr 17:40
1 078
24 Noyabr 17:37
1 015