FHN binanın uçma təhlükəsini aradan qaldırıb Hadisə

FHN binanın uçma təhlükəsini aradan qaldırıb

Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının əsas giriş hissəsinin üzərini qapadan beton plitənin uçma təhlükəsi yaranıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, beton plitə binada yaşayan sakinlərin həyatına təhlükə törədir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beton plitəni kiçik hissələrə parçalamış və yaranan təhlükəni aradan qaldırıblar.