Yayım Şurası İctimai televiziyaya təşəkkür etdi Hadisə

Yayım Şurası İctimai televiziyaya təşəkkür etdi

Bu gün İctimai Televiziya və Radio Yayımları Şurasının iclası keçirilib.
İclasda Bakıda keçirilən I Avropa oyunlarında televiziyanın fəaliyyəti müzakirə edilib. Bildirilib ki, Azərbaycan bu yarışı uğurla keçirib, İdmançılarımız 56 medal qazanıb və ikinci yeri tutublar. İTV İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Yayım Şurası "Bakı 2015" Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Oyunları operativ və obyektiv şəkildə işıqlandırdığına görə İTV kollektivinə təşəkkür edib. Xüsusi qeyd olunub ki, Oyunların işıqlandırılması ilə bağlı bütün istiqamətlərdə sistemləşdirilmiş iş həyata keçirilib və "Carçı" xəbərlər proqramı, "Aktual mövzu", "Müzakirə vaxtı", "Vətənin səsi", "Yeni gün", "Carçıfilm" proqramları vasitəsilə peşəkar yayım həyata keçirib.