Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
11 Aprel 2022 13:27
3 318
Məshəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan şair qadınlar çox olub. Onların unudulanları da var, yadda qalanları da.
Bu gün də sələflərinin yolunu davam etdirən şair xanımlarımız az deyil. İnanıram ki, əlahəzrət ZAMAN onların arasından kimlərisə seçib, yaradıcıqlarını əsrlər boyu yaşadacaq...
İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər, verəcəyi hər bir qərara yaşadıqları çox təsir edir...
...Bakı şəhərində dünyaya gəlib. Ömrünün böyük bir hissəsini nəşriyyat sahəsində çalışıb...
İnadkar insandır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqəti qorumağa əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı, nəcib xanımdır. Bütün bunlarla yanaşı həyat onun üçün də asan keçməyib...
Əlahəzrət SÖZün qüdrətindən istifadə edib yazır ki:
“Təsəvvür elə ki, doğulmamısan,
Hələ nə anan var, nə də ki atan.
Səni qoparmırlar doğma bətnindən,
Nə səndən keçən var, nə sənə çatan.
Təsəvvür elə ki, yıxılmamısan
Nə yerə, nə göyə, nə də hallara.
Şəkil çəkdirməyib səninlə heç kim,
Adın qazılmayıb daş-divarlara.
Təsəvvür elə ki, elə yerdəsən -
Nə ordan o yana, nə bu yana var.
Dilin də, dinin də möcüzədədi,
Hələ olmayıbdı bütün olanlar.
Təsəvvür elə ki, göz açmamısan
Nə bu atanlara, nə tutanlara.
Nə ağa, nə nökər, nə qul olmusan
Şahlara, xanlara və sultanlara.
Təsəvvür elə ki, ovuclarına
Nə ümid əkiblər, nə pul atıblar.
Səni, bu dünyaya dağılmaq üçün,
Nə ala biliblər, nə də satıblar.
Təsəvvür elə ki, hələ oyaqsan,
Nə gələcəyin var, nə də keçmişin.
Hələ damarında qanın qaynamır,
Nə də özündəndir qanı içmişin.
Təsəvvür elə ki, ruhdan əyrilən
Ömrün dolanmayıb böyük yumağa.
Ürəyin özüylə dil-dil ötərkən,
Məcbur olmamısan qəfil susmağa.
Təsəvvür elə ki, əsl gerçək - Sən,
Yazılmaq, pozulmaq - qərib yuxudur.
Xəyal - gerçəkliyə dönmək istəyir,
Doğulmaq - adamı yaman qorxudur.”
Onun parlaq poeziya nümunələri çoxdur. Mən sizə cəmi birini təqdim edə bildim. Gözəldir, deyilmi?..
Bəli, aprelin 10-u şəhərlər şəhəri gözəl Bakımızda, rəhmətlik İsmayıl kişinin ocağında dünyaya gələn ünlü şairimiz Xanım İsmayılqızının növbəti ad günüdür. Onu bir oxucusu kimi təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Yeni yaşınız mübarək!
Hörmət və ehtiramla, Elman Eldaroğlu
15 Sentyabr 18:33
742
15 Sentyabr 17:40
833
15 Sentyabr 17:12
840