İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
15 Aprel 2022 11:09
4 627
Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edib.
Tədbirin açılışında ADU-nun prorektoru Jalə Qəribova, Hindistan səfirliyinin ikinci katibi cənab Ajay Kumar Pandey və Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva çıxış ediblər.
Tədbirdə ADU-nun digər yüksək vəzifəli şəxsləri və tələbələri də iştirak ediblər.
Seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub.
ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar haqqında danışıb, cənab Ramil Əliyev isə dinləyicilərə karmanı izah edib.
Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru xanım Səidə Mirzəyeva, həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib.
Tədbirdə bir neçə hind və Azərbaycan rəqsləri də ifa olunub.
Sessiyanın sonunda Hindistanın Bakıdakı Səfirliyi tərəfindən iştirakçılara təşəkkür və minnətdarlıq əlaməti olaraq sertifikatlar paylanılıb.
Cavid
18:33
644
17:40
728
17:12
749



