İraq İrandan gündəlik qaz idxalını 4 dəfəyədək artırır Hadisə

İraq İrandan gündəlik qaz idxalını 4 dəfəyədək artırır

Bağdad Tehranla qaz tədarükü ilə bağlı yeni razılaşma imzalayıb.

Bu barədə yerli “Əs-Sabah” qəzetinə müsahibəsində İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd Musa bildirib.

Onun sözlərinə görə, İran tərəfi ilə razılaşmaya əsasən, İraqa qaz ixracının həcmi sutkada 8 milyon kubmetrdən 30 milyon kubmetrə yüksələcək.

İraqlı rəsmi həmçinin üç il ərzində ölkəsinin enerji borclarını ödəmək üçün İranla razılaşdığını açıqlayıb.

İin pik aylarında İraqın təxminən 36 min meqavat elektrik enerjisinə ehtiyacı var. Bəzi mənbələrə görə, ötən yay İraqın elektrik enerjisi istehsalı 20 min meqavata çatdırılıb. Bu rekord göstəricidir.