Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayır Hadisə

Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda 3 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. İş üzrə məhkəmə prosesinin vaxtı yaxın günlərdə təyin ediləcək.

İttihama görə, hadisə bu ilin fevral ayında Bakının Nizami rayonu ərazisindəki mənzillərdən birində baş verib.
Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.