Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.