Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır Hadisə

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.