Heqset: "Tramp İranla danışıqlarda tələsməyəcək və səbirli olacaq" Gündəm

Heqset: "Tramp İranla danışıqlarda tələsməyəcək və səbirli olacaq"

ABŞ prezidenti Donald Tramp İranla razılaşmaların əldə olunması məsələsində səbir nümayiş etdirmək niyyətindədir və yalnız Vaşinqton üçün sərfəli olan şərtlərlə razılaşacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri (hərbi naziri) Pit Heqset bəyan edib.

"Bu sabah prezident Trampla danışmaq imkanım oldu. O istədi ki, mən onun bu məsələyə nə qədər səbirlə yanaşdığını xüsusi vurğulayım; Amerikanın bu tarixi vəzifəni həll etdiyi bir şəraitdə hər hansı bir saziş yaxşı, mükəmməl olmalıdır. O, buna səbirlə nail olmağa çalışır", — deyə Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib.

Məryəm Quliyeva