10:49
420
Strateji əhəmiyyətli bu rayonda yoxlamaların davam etməsinə baxmayaraq, ABŞ hələlik İranın Hörmüz boğazında minalar quraşdırdığını təsdiqləməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ hərbçiləri sualtı dronlar, robotlaşdırılmış sistemlər, eləcə də idarə olunan və pilotsuz uçuş aparatlarından istifadə etməklə axtarış əməliyyatlarını davam etdirirlər.
Bu axtarışlar zamanı dəniz minalarına bənzəyən obyektlər aşkar edilsə də, onlardan heç biri hələlik rəsmi və qəti şəkildə təsdiqini tapmayıb.
Beləliklə, hazırda ABŞ-ın əlində boğazda minaların quraşdırılmasına dair təsdiqlənmiş məlumatlar yoxdur, vəziyyət növbəti müşahidə və yoxlama predmeti olaraq qalır.
Məryəm Quliyeva
09:51
588
09:48
1 001
28 May 15:32
2 905