Tehranda etirazçılardan biri metroda yanğın törətməyə cəhd edib Hadisə

Tehranda etirazçılardan biri metroda yanğın törətməyə cəhd edib

Tehran metrosunda vaqonu yandırmağa cəhd edən şəxs həbs edilib.

APA-nın Tehran bürosu xəbər verir ki, son aylar İranda baş verən iğtişaşların fonunda bu gün Tehranın Sadiqiyyə metro stansiyasında naməlum şəxs vaqonu yandırmağa cəhd edib.

Metro polisi həmin şəxsi həbs edib, yanğın söndürülüb.