Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
6 Dekabr 2022 11:32
3 227
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb. Bu barədə xalqcəbhəsi.az-a Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. S.Nəsirov bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.
15 Sentyabr 18:33
665
15 Sentyabr 17:40
749
15 Sentyabr 17:12
763