Baş Prokurorluqdan rəsmi açıqlama Hadisə

Baş Prokurorluqdan rəsmi açıqlama

Baş Prokurorluq Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Zaqatala rayon Prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apardığı məlum olub. Belə ki,həmin evdə Araz Musayevə borcu olduğu üçün Vüsal Bəşirovu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin "Asma körpü" deyilən əraziyə aparıblar. Bundan sonra Rəşad Tahirovun Vüsal Bəşirovun ayaqlarını tutması, Araz Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıbr.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Musayev şübhəli şəxs qismində tutulub.
Cinayətin törədilməsində şübhəli bilinən Rəşad Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.