

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində yaranan problemlər aradan qaldırılır.
Bu barədə Trend-ə açıqlamasında “Azərişıq ASC”-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
O bildirib ki, ölkə ərazisində baş vermiş qeyri-sabit hava şəraiti nəticəsində adıçəkilən rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün” ASC-nin bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür. Artıq həmin rayonların bəzi kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib, bəzi ərazilərdə bərpa işləri davam etdirilir. Yaxın vaxtlarda ərazilərdə yaranan problem tam olaraq aradan qaldırılacaq”, - V.Aydınoğlu deyib.