Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
20 Dekabr 2022 11:41
3 283
Azərbaycan Ordusunda 2022-ci ilin döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə komandirlərinin müavinləri və artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhra şəraitində təşkil edilmiş təlim nöqtələrində zabitlərin bilik və bacarıqları qiymətləndirilir, artilleriya bölmələrinin atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlər icra olunur.
Toplanışda həmçinin komandir heyəti ilə fərdi təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əlaqədə fəaliyyətlərin təşkili, yeni təlim üsullarının tətbiqi, eləcə də müxtəlif mövzularda metodiki məşğələlər keçirilir.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübə nəzərə alınmaqla keçirilən toplanışın əsas məqsədi komandir heyətinin bölmələri idarəetmə vərdişlərinin, həmçinin əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının daha da təkmilləşdirilməsidir.
10 İyul 21:29
973
10 İyul 21:28
1 043
10 İyul 21:25
1 106