Ankarada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib Hadisə

Ankarada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində tədbir keçirilib.
Tədbirdə, səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı, KİV nümayəndələri və Qızılcahamam rayon sakinləri iştirak ediblər. Türkiyə baş nazirinin müavinləri Lütfi Elvan və Numan Kurtulmuşun tədbirə ünvanladıqları mesajlar oxunub.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursantlar çıxışlarındaXocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən danışıblar.
Sonda tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı çox sayda təbliğat xarakterli materiallar təqdim olunub.