Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 179 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.