Papa XIV Leo dünyada sülh çağırışı edib Gündəm

Papa XIV Leo dünyada sülh çağırışı edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo (Robert Fransis Prevost) Müqəddəs Pyotr meydanına toplaşan izdiham qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, çıxışında dünyada sülh üçün çağırış edib.

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabındakı paylaşımında Birləşmiş Ştatlardan seçilən ilk Papa olan Robert Fransis Prevostu təbrik edib.

“Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Çox mənalı bir an olacaq”, - deyə Donald Tramp bildirib.