FHN strukturlarında silsilə tədbirlər keçirildi Hadisə

FHN strukturlarında silsilə tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri və qurumlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, tədbirlərdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ümummilli Liderin, ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin, bildirilib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da Ulu Öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng tarixi şəxsiyyətdir.

Qeyd edilib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan dünya dövlətləri arasında özünəməxsus yer tutmaqla qüdrətli bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əbədi və əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, eləcə də 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri bunun real nümunəsidir. Xüsusi vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.