Xaçmazda qəza olub - Velosiped sürən şəxs ölüb Hadisə

Xaçmazda qəza olub - Velosiped sürən şəxs ölüb

Xaçmazda sürücü avtomobillə velosipedlə gedən şəxsi vurub.

Trend xəbər verir ki, Əsədullayev Yusif Seyfulla oğlu 25.05.2023-cü il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində idarə etdiyi “Khazar LX” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq onunla eyni hərəkət zolağında əks istiqamətdə velosipedlə gələn Davidov Cavid Siracəddin oğlunu vurub sonuncunun ölümünə səbəb olub.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.