“Youtube” bu tarixdən sonra “Hekayələr” funksiyasını dayandıracaq Hadisə

“Youtube” bu tarixdən sonra “Hekayələr” funksiyasını dayandıracaq

“YouTube” "Hekayələr" funksiyasını iyunun 26-da rəsmi olaraq dayandıracaq.

Trend-in məlumatına görə, yaradıcılar öz hesablarında hekayələr yerləşdirə bilməyəcəklər. Bu tarixə qədər yaradılan bütün hekayələr 7 gün ərzində hesabda qalacaq. “YouTube” platformasında 3 iyul tarixindən heç bir hekayə paylaşılmayacaq.
“YouTube” "Hekayələr" funksiyasının silinməsi ilə diqqəti daha populyar yeni funksiyalara yönəldə biləcəyini açıqlayıb. Bundan sonra şirkət xüsusi olaraq qısa video paylaşma funksiyası, “YouTube Shorts” və İcma yazılarına diqqət yetirəcək.