Qeyri-sabit hava İsmayıllıda fəsadlar törədib, orta məktəbin dam örtüyünə ziyan dəyib Hadisə

Qeyri-sabit hava İsmayıllıda fəsadlar törədib, orta məktəbin dam örtüyünə ziyan dəyib

Qeyri-sabiq hava şəraiti İsmayıllı rayonunda bir sıra fəsadlar törədib.

APA-nın Şirvan bürosu xəbər verir kigüclü külək nəticəsində rayonun bir neçə kəndində evlərin dam örtükləri ziyan görüb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Aşıq Bayramlı kənd tam orta məktəbinin də külək nəticəsində dam örtüyünə ziyan dəyib. Rayon İcra Hakimiyyətinin inzibati ərazi idarəetmə şöbəsinin müdiri Namiq Kərimov bildirib ki, hazırda fəsadların aradan qaldırılması üçün tədbirlər görülür, təmir-bərpa işləri davam etdirilir.
Qeyd olunub ki, sel səbəbindən gecə bağlanan Lahıc yolunda artıq hərəkət bərpa olunub.