Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
1 İyul 2023 12:02
3 283
“WhatsApp” istifadəçilərin uzun müddətdir gözlədiyi “QR kod” ilə cihazlar arasında mesaj köçürmə xüsusiyyətini istifadəyə verib.
Trend-in məlumatına görə, bu yolla artıq mesajları buludlara, daha sonra yeni cihaza yükləməyə ehtiyac qalmayacaq. Xüsusiyyət eyni əməliyyat sistemlərində istifadə edilə bilər.
Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:
1. “WhatsApp” tətbiqini söhbətləri köçürəcəyiniz ikinci telefona quraşdırın.
2. Eyni telefon nömrəsi ilə qeydiyyatdan keçin.
3. Köhnə telefonunuzda "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
4. Növbəti ekranda "Söhbət" xanasını seçin.
5. İndi "Söhbətləri köçürmə" xanasını seçin.
6. Başlat düyməsini sıxın.
7. Daha sonra köhnə telefonunuzda yaradılmış “QR kod”unu yeni telefonunuzdan skan edin.
8. Təlimatlara əməl edin və köçürmənin tamamlanmasını gözləyin.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
15 Sentyabr 18:33
742
15 Sentyabr 17:40
833
15 Sentyabr 17:12
840