Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ukrayna azərbaycanlılarından rəsmi Kiyevə çağırış

Ukrayna azərbaycanlılarından rəsmi Kiyevə çağırış Hadisə

Ukrayna azərbaycanlılarından rəsmi Kiyevə çağırış

"Milli azlıqlarla bağlı Mərkəzi İcra Orqanı bərpa olunsun"

Ukrayna baş nazirinin müavini Aleksandr Siç Nazirlər Kabinetində ölkədə yaşayan etnik qrupların nümayəndələri ilə görüş keçirib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, görüşdə BUAK sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev də iştirak edib.
Azərbaycanlılar adından çıxış edən R. Tağıyev Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayıb, əsasən də ölkənin şərqində son vaxtlar baş verən hadisələr fonunda dövlətin parçalanmasının qarşısının alınması istiqamətində qüvvələrin birləşdirilməsinin vacibliyindən danışıb. O, Ukrayna vətəndaşı olan azərbaycanlıların buna hazır olduğunu bildirib. R. Tağıyev həmçinin təkliflə çıxış edib ki, Ukraynanın əvvəlki prezidentinin dövründə ləğv olunan milli azlıqlarla bağlı Mərkəzi İcra Orqanı bərpa edilsin: "Çünki bu strukturun fəaliyyəti etnik qrupların, o cümlədən Ukraynada yaşayan azərbaycanlıların bütün dövlət orqanlarında maraqlarının təmin olunmasına yönəlmişdi".
Tədbirdən sonra A. Siç və R. Tağıyev arasında təkbətək görüş keçirilib. Görüşdə Ukraynadakı Azərbaycan diasporunu narahat edən məsələlər müzakirə olunub.