Qubada 11 otaqlı evdə yanğın olub Hadisə

Qubada 11 otaqlı evdə yanğın olub

Qubada yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Quba şəhərində ümumi sahəsi 500 m² olan ikimərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında 1 ədəd yataq dəsti və çarpayı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.