Ermənistanda aksiyada 30 nəfər saxlanılıb, 28-i cinayət məsuliyyətinə cəlb edilib Hadisə

Ermənistanda aksiyada 30 nəfər saxlanılıb, 28-i cinayət məsuliyyətinə cəlb edilib

Ötən gecə Ermənistan Nazirlər Kabinetinin qarşısında keçirilən aksiya zamanı 30 nəfər saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılardan 28-i cinayət məsuliyyətinə, 2-si isə inzibati məsuliyyətə cəlb edilib.