Goranboyda çayxana yanıb Hadisə

Goranboyda çayxana yanıb

Goranboy rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əlirzalı kəndində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət obyektin (çayxana kimi fəaliyyət göstərir) taxta atmaları və içərisinə yığılan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.