Bakıda səhvən sirkə turşusu içən qadın ölüb Hadisə

Bakıda səhvən sirkə turşusu içən qadın ölüb

Bakıda səhvən sirkə turşusu içən qadın ölüb.

APA xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərləmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 2 gün sonra o xəstəxanada ölüb.

Ailə üzvlərinin sözlərinə görə, Ayna Məhərləmova həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.

Araşdırma aparılır.