“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
22 Sentyabr 2023 15:46
2 583
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Bakıda, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.
Həmçinin, hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
20:44
763
13 Dekabr 20:25
1 757
13 Dekabr 17:19
1 477