Türkiyədə avtobus qəzası - Ölən və yaralanlar var Hadisə

Türkiyədə avtobus qəzası - Ölən və yaralanlar var

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda sərnişin avtobusu xəndəyə aşıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə əməkdaşları və tibbi heyət cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.