Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub - FOTO Hadisə

Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub - FOTO

Astara rayonu Şəkarən kəndinə aparın yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub.

Bunu Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib.

A.Mahmudov qeyd edib ki, sözügedən kənddə 6 ailə yaşayır. Hazrda yolun bərpa olunması üçün işlər görülür.

"Baş vermiş hadisə ilə bağlı Su Ehtiyyatları Agentliyinə də müraciət edilib. Gələcəkdə həmin ərazidə əsaslı təmir-tikinti işləri aparılacaq", - deyə A.Mahmudov əlavə edib.

Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub (FOTO)

Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub (FOTO)

Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub (FOTO)