
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan polisi tıxacda qalan Qarabağın erməniəsilli sakinlərinə su paylayıb.
Trend xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, erməniəsilli sakinlərin könüllü olaraq öz avtomobilləri ilə hərəkət etməsində müəyyən ləngimələr yaranıb.
Kadrlardan göründüyü kimi, bu, bir daha Azərbaycan tərəfinin və polisinin humanistliyindən xəbər verir.
Qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağ erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşlərə əsasən Azərbaycan erməni sakinlərə müxtəlif formalarda yardımlar göstərir.