
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Havaların isti keçməsinə baxmayaraq Xankəndidə binaların sobalarının borularından tüstülər çıxır. Nələrin və nə üçün yandırıldığı aydındır. Təcavüzkar Ermənistanın işğalı nəticəsində yaradılmış və artıq olmayan qondarma qurumun cinayətlərinə, terror aktlarına, ayrı-ayrı dövlətlərin ərazimizdəki qanunsuz fəaliyyətlərinə dair sənədlər yandırılır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, bu hadisəni görəndə 1941-ci il iyunun 22-də Berlindəki sovet səfirinin verdiyi təlimatı xatırladım: “İyunun 22-də səhərə yaxın sovet səfirini qəbul edən Almaniyanın xarici işlər naziri Ribbentrop müharibənin başlanmasına dair notanı təqdim edir. Səfirliyə qayıdan səfir məlumatı telefonla Moskvaya çatdırmaq istəyir. Lakin telefon kəsilmişdi. Səfir dərhal təlimat verir ki, səfirlikdəki bütün sənədlər, yazışmalar yandırılsın. Sənədləri sobalara yığıb yandırırlar. Nasistlərin yandırlb şou düzəltməmələri üçün Marks, Engels, Lenin və Stalinin də kitablarını səfirlik əməkdaşları özləri yandırır. Səfirliyin birinci katibi Bolşakov yazırdı ki, isti yay günündə sovet səfirliyinin binasından tüstünün çıxdığını görən hər bir şəxs sənədlərin yandırıldığı qənaətinə gələrdi…”.