Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaq Hadisə

Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaq

Antiterror tədbirləri zamanı şəhid olan hərbçiləri ilə bağlı sosial təminatlar vaxtında keyfiyyətlə icra olunacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:

"Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək".