Ermənilərin özləri haqda yaratdıqları məsəl – “Harda erməni varsa, orda vay var” Hadisə

Ermənilərin özləri haqda yaratdıqları məsəl  – “Harda erməni varsa, orda vay var”

II yazı

Farslardan sonra ermənilər ərəblərin idarəsində, ən nəhayət də min ilə yaxın türklərin təsirində qalırlar. Burada qədim dövrlə əlaqəli Albaniyanın ərazisi Arsax (ər saklar)ın (Qarabağ) hurrit - etrusk əsilli eyniadlı toponimlə uyğun olması da mütləq qeyd edilməlidir. Həmin adla etrusk-sardlar Sardiniya adasında dənizə yaxın əraziləri Arsakena adlandırırdılar. Arsakenada arz, araz kökü etruskca "şir", "aslan" mənasında işlədilirdi. Yəqin ki, sakların (sak kişilərin) döyüşçülük keyfiyyətinə görə belə deyilirmiş. Sard tayfalarının Urmiya gölü ətrafında yaşamaları haqda məlumat verilmişdi. Buradan Arsaxa çox da uzaq deyildi.
Səlcuqlar, hülakülər dövründə tarixi adların yaranması. Səlcuqlar 1064-cü ildə Anidən, Ərzurumdan öncə Gümrü yaxınlığındakı Marmaraşeni alırlar. "Şen" kökü ilə yaranmış toponimləri yanlış olaraq ermənicə yer, yurd mənasında izah olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla bağlı yurd deməkdir. Bu, açıqca şenadan (börüdən), qurddan törəmə əcdad əfsanəsinin yaddaş qatının ifadəçisi və daşıyıcısıdır. Şimali Azərbaycanda Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) yaşayış məskənlərinin adı da hər cəhətdən birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini özündə cəmləşdirib. "Qut" kökü göyün kutunu (xeyirxahlığını) almaq mənasını, qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu quşuna çevrilməsi inancını, şen kökü də börüdən (şena) törəmə təsəvvürünü Qutqaşendə cəmləşdirərək birləşdirib. Eyni cəhətdən də Vartaşendə Var-bar (börü), ta dağ kultu, şen-yenə də börüdən (şena) törəmə mənaları birləşib. Həmin səbəblərdən də Sakaşen, Şenavan toponimləri də qədim türklüyünü qoruyub.
"Mar" kökü də əsasını urartuca "mari"- hakimiyyəti idarə edən ailə, adından alır. Yenə də mar-ın iki dəfə işlənməsi, mar¬mar, əvvəlki səhifələrdə incələnən sifətin çoxaltma, keyfiyyət (ur-ur, iq-iq) dərəcəsinin təsiri ilədir. Marmaraşen dedikdə "xanlar xanı boz qurd" mənası düşünülürmüş. Urartu və Ural adlarında "ur" kökü eyni mənanı daşıdığı kimi, urartuca "mar" anlayışı ilə ural-altay xalqlarından marilərin, mardvinlərin adlarının daşıdıqları ruh qavrayışları da bir mənşəlidir. Bunu urartularda Artvin yaşayış məskəni, Dvin çay adı ilə mardvin xalq adında dvin kökü, eləcə də estonlarda Baltikyanı ərazilərdə qeyd edilən Dvin (Dvina) çay hidronimi də təsdiqləyir. Ümumiyyətlə, "mar" kökü özünün əsas müqəddəs ruh mənasını şumercədən alır. Şumerlərdə göyün qoruyucu (kut) ruhuna "me" deyilirdi. Şəhər-dövlətlər arası siyasi-mənəvi müqavilələrə görə gil lövhəyə yazılmış "me" qanununa kim yiyələnirdisə, həmin şəhər və idarə edən başçı göyün təsirilə digərləri üzərində böyük nüfuza sahib olurdu. Yəqin ki, "me"yə yiyələnən başçı ar (ur, kişi) da "mar" olurmuş. Eyni təsəvvür "göyün oğlu", "göyün qoruması altında olan dövlət" adı ilə qədim ural-altay xalqlarında və çinlilərdə də mövcud olub. Qeserlə Manas da göyün oğlanları sayılırdılar.
Bu bölgədə Ələyəz dağının adı birbaşa eleqes monqol tayfa adından yaranıb. Ələyəzin qərb yamacındakı Bürəkan toronimi birinci halda Toğrul, Gağrı, Buğra bəylərin XI əsrin əvvəllərində, Bağdada yerləşmədən öncə, bu ərazilərdə yağma hərəkətləri zamanı Burğa xana görə yaranıb (Burğa xan - Burakan). İkinci cəhətdən də hunların, Göy türklərin, xəzərlərin IV-XI əsrlərdə həmin ərazilərdə daimi var olmaları ilə əlaqəli inanc səviyyəsində "börü kan", "kan börü" (günəş üzlü qurd) təsəvvüründən şəkilləşib. Ələyəzin şimali-qərb ərazisində yerləşən Abaran toponimi də avar, abar türk tayfasının adından törəyib.
Təkcə Gümrü ətrafında 4-5 Bayandur adlı toponim var idi. Bəllidir ki, Bayandur "Dədə Qorqud" dastanında adları gedən tayfalardandır. Bayandurlar qıpçaqların kimak tayfalarına aid idi. Buraya yaxın Kaltaxçı yaşayış məskəni qədim kaltatay türk (tatar) tayfasının adından yaranmışdı. Bayburt da "Dədə Qorqud"la əlaqəli toponimlərdən idi.
Ağbabada İbiş toponimi ibiş-uyğur tayfasının qaraqoyunluların tərkibində var olmaları ilə bağlıdır. Təhləli də təkəlilərlə əlaqəlidir. Qaraxan çayı eyni adlı türk dövlətinin əsasını qoyan tayfanın adının təsirindən yaranıb. Cəbəci – hülakilərdən Cəbə noyonun adının daşıyıcısıdır. Cələb də yenə monqol tayfa adından yaranıb. Sınıx (Şınıx) – şena (börü, qurd) əcdad təsəvvürünün daşıyıcısıdır. Mumuxan – bu ada türk əsilli rus yazıçısı İ.S.Turgenevin "Atalar və oğullar" əsərində də Mumu kimi rastlanır. Altay dastanı "Maday Kara"da baş qəhrəman Koğudey Merqenin adında Koğıdey göy it mənasını bildirir. Bu cür adlanmaya səbəb totem əcdadlara sitayişlə bağlıdır. Turgenevin əsərində Mumu sevimli itə verilən ad olsa da, mifoloyi yaddaş qatının ifadəsi kimi belə bir adı insanlar da daşıya bilərdi. Bu mülahizədən çıxış edərək güman edə bilərik ki, Mamay xanın adı ilə eyni mənşəlidir, türk (tatar) köklüdür. Çoros ərazi adı da Çorox çay, yayla adları ilə bərabər (Şimalı-Şərqi Türkiyə) çoros monqol-buryat tayfa adından əks olunub. Qazançı toponimi də Naxçıvanda yaşayış məskəni, körpü adlarında olmaqla, hülakilərdən Qazan xandan yaranma adlardır. Ardahan – Göy Türk xaqanlığının xanlarının adları ilə yaranıb. Ağbabada ərazi adı kimi bilinən Ciloyxan yaylası birləşməsindəki Ciloyxanın həm toponim, həm də insan adı kimi yayılmasında "Manas" dastanında adı çəkilən kalmık-oyrat xanı Ciloyxanın təsiri əsasdır. Saqalayev bu qəhrəmanın dastandakı mövqeyi və funksiyası haqda öz araşdırmasında əsaslı məlumat verib.
Ani və Qarsın yaxınlığında, Qərbi Azərbaycanda təbii olaraq türk mənşəli qədim adlar minlərlədir. Ermənilər həmin adları hər hansı bir mifoloyi dünyagörüşünə və tarixi prosesə əsaslanmadan özlərinə çıxmağa cəhd edirlər ki, bu da "soyqırımı kompleks proqramı"nın əsas strategiyalarından biridir.
Bütün məlum tarixlər boyu böyük xalqların idarəsi altında növbə ilə oyuncaq vasitə olmuş ermənilər həmin xalqların yaratdıqları böyük imreriyaların dağılmasında da istifadəçi funksiyasını yerinə yetiriblər. Kürəyindən bıçaq vurduqları xalqların tarixindən də özlərinə saxta tarix düzəldiblər.
Müasir dünyanın gözü qarşısında SSRİ-nin dağılmasında başlıca səbəblərdən biri milli məsələ olmaqla onun giriş nöqtəsinə ermənilərin Qarabağla bağlı ortaya atdıqları haqsız iddialar oldu. Haqsız iddialarla soyqırımının ən alçaq üsullarına əl atan ermənilərin genetik-psixoloyi xüsusiyyətlərini özləri haqda yaratdıqları aforizm də təsdiqləyir: "Urdeğ hay, endeğ vay" – "Harda erməni varsa, orda vay var" .

Tahir Nəsib
araşdırmaçı