
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı təkcə tatrixi torpaqlarını işğaldan azad etmədi, eyni zamanda qəhrəmanlıq dastanı yazan əsgərlərimizin sayəsində hansı potensiala sahib olduğumuzu dünyaya göstərdi.
Təkcə Vətən Müharibəsi zamanı deyil, ondan sonrakı dönəmdə keçirilən əməliyyatlarda, eyni zamanda son antiterror tədbirləri zamanı əsgərlərimzin yeni qəhrəmanlıq nümunələri göstərdilər. Xüsusilə gözündən yaralanmasını gülə-gülə qarşılayan əsgərimizin görüntüsü hər birimizə qürur hissi yaşatdı.
Əsgərlərimizin , şəhid və qazilərimizin canı və qanı hesabına əldə edilən qələbə sayəsində separatçı terror şəbəkəsi təslim oldu. Bu gün isə qoindarma rejim özünü buraxdığını eln etdi. Bundan sonra isə bölgədə yeni vəziyyət yarandı ki, bu həm də sülh danışqları prosesində ciddi irəliləyişlər üçün zəmin yaratdı.
Əvvəlcə qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 28-i saat 10:00-a olan məlumat.
1. Atıcı silah və qumbaraatanlar - 1132
2. Artilleriya silahları - 61
3. HHM vasitələri - 235
4. Döyüş sursatları - 434295
5. Təchizat və ləvazimatlar - 2732
6. Optik və digər cihazlar - 231
7. Zirehli texnika - 26
8. Avtomobil texnikası - 125
9. Qoşqu - 21
Əsgərlərimizin darmadağın etdiyi terrorçu tör töküntünün ağ bayraq qaldırmasının nəticəsi olaraq separatçıbaşı Samvel Şahramanyanın bu gün qondarma rejimin 2024-cü il yanvarın 1-dək ləğv ediləcəyi barədə “fərman” imzaladı:
Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, “Artsax” xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir. Dağlıq Qarabağın konstitusiyası qərara alındı:
1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Dağlıq Qarabağ Respublikası” öz fəaliyyətini dayandırsın.
2. “Dağlıq Qarabağın əhalisi”, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. “Dağlıq Qarabağ”da qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanın separatçı rejimin özünü buraxmasını tələb etməsi və bunun gerçəkləşməsi təsadüfi məsələ deyil.
Siyasi şərhçi Asif Nərimanlı yazır: “...Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət tapan kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina etətdirildi”.
Təbii ki, bu hərbi-siyasi və diplomatik qələbənin təzahürüdür. Bu qələbə də əsgərlərimizin, şəhid və qazilərimizin qəhrəmanlığı, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində əldə olunub.
Bu uğurların açarı olan antiterror tədbirləri ən yaddaqalan hadisələrdən zamanı gözündən yararalanan Qazimiz Quliyev Ceyhun Rafiq oğlunun cəsarəti oldu. Rafiq Quliyevi yaxından tanıyaq...
Şəhid qardaşı Elyar İslamoğlu qazimiz haqqında yazır: “Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı. Bir anda antiterror əməliyyatının simvoluna çevrildi. Qardaş Türkiyə mətbuatı qazimizdən qürurla danışdı, onun qəhrəmanlığını, qorxmazlığını təqdir etdi. Düşmən yaralı Azərbaycan əsgərinin gülüşündən sarsıldı. Mən də o qorxmaz, gözündən və bir neçə yerindən yaralanan qazimizlə əlaqə yaratdım, onunla qısaca söhbətləşdim. Belə qorxmaz, qəhrəman Azərbaycan əsgərlərini bütün dünya tanımalıdır. Şəhid qardaşı olduğumu dedim, “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazi qardaşlarımıza şəfa versin. Bütün şəhid yoldaşlarımın, onların ailələrinin qarşısında baş əyirəm” dedi.
Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror əməliyyatı başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb.
Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çox saylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. “İndi dumanlı görürəm, amma həkimlər deyibki müalicə davam etdikcə, yaxşılaşacaq, get-gedə daha yaxşı görəcəm” deyir. Həkimlərdən, tibb bacılarından razılığını bildirdi. Müalicəsi bitəndən sonra xidmətə davam edəcəyini “Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram” deyir.
Sonda onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edərək “Elyar bəy sizdən xahişim olacaq, mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram. Allah sizi var eləsin. Var olun” dedi.
Sağol qazi qardaşım, sağol igid qardaşım.
Qanlı gülüşünlə düşmənə güllə yarasından daha ağır yara vurdun. Bir daha bütün dünya Azərbaycan əsgərinin qorxmazlığına, igidliyinə şahid oldu.
Əminəm ki, bugün bütün şəhidlərimizin ruhu şaddır”.
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir