Ermənilər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksdən hərbi məqsədlər üçün istifadə ediblər - VİDEO Hadisə

Ermənilər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksdən hərbi məqsədlər üçün istifadə ediblər - VİDEO

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.