
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Vətən- mənim bu günüm, sabahkı toy düyünüm… Bu məşhur kəlamın incə vurğularından doğan Vətən harayı zəfərə, qələbəyə gedən yolun ünüydü. Vətənpərvərlik elə bir hissdir ki, bu hissi ruhuna hopduran kəs hər şeydən öncə vətənini, yurdunu düşünür. Müasirliyin, moderinizmin tüğyan elədiyi bir zamanda cəmiyyətdə gənclərin formalaşmasında hərbi vətənpərvərliyin xaotik yanları, pis vərdişlərdən uzaq durmaları üçün verilən çabalar, həyata keçirilən layihələr öz səmərəsini verməkdədir.
İstər təhsil ocaqlarında, istər ailədə, istərsə də vətəndaş cəmiyyətində gənc nəslə vətənpərvərliyi və qəhrəmanlığı aşılamaq üçün QHT-lər əhəmiyyətli layihələr həyata keçirirlər. Vətən qəhrəmanlarının şücaətindən bəhs edən verilişlər, kitablar, film və söhbətlərin nəticəsini biz 44 günlük Vətən Müharibəsində daha amadə gördük. Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı işgaldan azad edən gənclər arxalarınca gələn nəsillərə böyük bir qəhrəmanlıq dastanı buraxmaqla yanaşı, örnəkliyi də təbliğ etmiş oldular.
Ölkə hücuma, təcavüzə məruz qalanda kimliyindən asılı olmayaraq, hamı bir nəfər kimi silahlanıb döyüşə səfərbər oldu. “Canımız sənə fəda, Azərbaycanım!”,-deyərək döyüşə atıldılar.
Birinci Qarabağ Müharibəsi və Qarabağın işğalı ürəklərə damğa vurdu. Otuz il bu acını yaşayan xalq II Qarabağ –Vətən Müharibəsində hamılıqla cəbhəyə axışdı. Oğullar intiqam oduyla Ali Baş Komandanın çağırışına səs verdilər. Erməni vandallarından, seperatçılardan qisas almağın zaman gəlmişdi artıq. 2020-ci ilin sentyabrında ermənilərin törətdikləri terror hadisələrinə cavab verilməli idi.
Azərbaycanın hər guşəsindən olduğu kimi Qax rayonundan da könüllülər cəbhəyə axışırdı. El bir olub, dağ oynadırdılar yerindən. Bu axının içində şücaətli, vətənpərvər bir oğul da vardı-Musayev Sahib Musa oğlu.
Sahib 21iyul 1984-cü ildə Qax rayonun Şotovar kəndində anadan olub. 1990-cı ildə Şotovar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 8-ci sinfə qədər həmin məktəbdə oxumuş və qalan təhsilini Qorağan kənd tam orta məktəbində davam etdirib. 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad kollecinə daxil olub, kollecdə oxuduğu müddətdə həqiqi hərbi xidmətə çağırılıb və 2004-cü ildə həqiqi hərbi xidməti başa vurub. Hərbi xidmət bitirdikdən sonra gizilik kursunu oxuyub və XTQ-də gizir vəzifəsində xidmətə başlayıb. Vətənin üstünü qara buludlar alanda o, da hamı kimi silaha sarıldı. Şir cüssəli igidin adı artıq düşmənin qulağına getmişdi. Sahibin qəhrəmanlığı dillərə dastan olurdu. Şir ürəkli, pələng biləkli oğullar düşmən qan uddururdu. Ataları, qardaşları şəhid düşən bu torpaqdan qalxan doğma ətir qələbəyə səsləyirdi. Füzulidən döyüşə girən Sahib Cəbrayıl, Zəngilan, Hadrud və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə də iştirak edir. Qarabağın gözü, döyünən ürəyi olan Şuşa sevinc içində öz doğma övladlarını qarşılayırdı. Torpağına dəyən hər bir əsgərin addım səsi susqun ruhları, ölü təbiəti oyandırırdı. Şuşanı bağrına basan Sahib 07 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində qəhramancasına həlak olur. Şəhadətin yolçusu olan qəhrəman gizirimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayraq ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur. 12 noyabr 2020-ci ildə Qax rayonunun bütün əhalisi, ətraf rayonlar el qəhrəmanının bayrağa bükülmüş cənazəsini qarşılamaq üçün yola düzülmüşdü. Doğma kəndi Şotovara yol alan cənazə maşınlarını qarşılamaq üçün yollarda çiçəkli, bayraqlı izdiham vardı. Mingəçevirdən başlayan izdihamın sonu Zaqatalada bitirdi. Analar, bacılar ağlamırdı. Hamı məğrur dayanmışdı. Çünki bir el qəhrəmanını, xalqa qələbə sevinci verən bir əsgəri haqq dünyasına uğurlayırdılar.
Torpaq o zaman yurd olur ki, orda onu sevən xalq yaşayır. Onu göz bəbəyi kimi qorumağa, uğrunda canından belə keçməyə hazırdır.
Necə ki, bir zamanlar məktəblilər Koroğluya, Babəkə bənzəmək istəyirdilərsə, indi məktəblilər, gənclər real qəhrəmanlara, Poladlara, Mübarizlərə, Sahiblərə bənzəmək istəyirlər. Onların şücaəti, vətənsevərliyi, qəhrəmanlıqları örnək oldu.
Bizim də hər birimizin, hər bir azərbaycanlının borcudur ki, qəhrəmanlarını, şəhidlərini, qazilərini, veteranlarını gənclərə, məktəblilərə tanıdaq. Təbliğ edək. Yaddaşlarda yaşadaq.
Müharibə və vətənpərvərlik mövzuları heç vaxt gündəmdən düşmür. Biz də vətənpərvərlik mövzusunda layihələr həyata keçirərək gənclərdə erməni işğalçılarına qarşı istər ön, istər arxa, istərsə də informasiya cəbhəsində aktiv olmağa çağırırıq.
Sahib kimi qəhrəmanlar unudulmamalıdırlar. Bu vətən, bu xalq heç zaman qəhrəmanlarını unutmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir