Abşeronda beşotaqlı ev yandı Hadisə

Abşeronda beşotaqlı ev yandı

Abşeronda beşotaqlı ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.