Yevlaxda içərisində 5 qadının olduğu “Porsche” aşdı - VİDEO Hadisə

Yevlaxda içərisində 5 qadının olduğu “Porsche” aşdı - VİDEO

Yevlax rayonu ərazisində bu gün saat 13 radələrində ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb.

Belə ki, hadisə nəticəsində sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni görən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.

Görüntüləri təqdim edirik: