Azad edilmiş ərazilərdən ötən ay aşkarlanan minaların sayı AÇIQLANIB Hadisə

Azad edilmiş ərazilərdən ötən ay aşkarlanan minaların sayı AÇIQLANIB

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 4 550,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.