İmişlidə traktorla avtomobil toqquşub, ölən var Hadisə

İmişlidə traktorla avtomobil toqquşub, ölən var

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Araz Kazımlının idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Elvin Qurbanovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.

Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlayıb.