Süd vəzisi xərçəngi diaqnozu ilə qeydiyyatda olanların sayı açıqlanıb Hadisə

Süd vəzisi xərçəngi diaqnozu ilə qeydiyyatda olanların sayı açıqlanıb

Ötən il süd vəzisinin xərçəngi diaqnozu ilə 16 202 nəfər qeydiyyatda olub.

Bunu açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib. O bildirib ki, 2022-ci ilin statistikasına görə, bunlardan 7064 nəfəri 5 il və 5 ildən artıq yaşayanlardır.
“Döş vəzisi xərçəngi ilə qeydiyyatda olan kişilərin sayı isə 48 nəfərdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə süd vəzisinin diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2565 nəfər olub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib.